UNdan üz maskaları - təmiz, hamar, parlaq dəri

Un yalnız mətbəx işlərində deyil, gözəllik üçün də istifadə oluna bilər.

Un maskaları dərini çox yaxşı təmizləyir, yağlılığını azaldır, ağardır, daha hamar edir, cavanlaşdırır. Evdarliq.az sizə un maskalarının reseptlərini təqdim edir. 

Ən sadə un maskası - unu ilıq su ilə qarışdırın (sıyıq kimi alınmalıdır), üzünüzə çəkin, 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Belə maska yağlı dəri üçün nəzərdə tutulub. Maska dərini yaxşı qurudur, parıltını azaldır.

Cavanlaşdırıcı un maskası - 2 x.q. un, 1 yumurtanın ağı, 1 ç.q. zeytun yağı qarışdırılır, üz dərisinə şəkilir, 20 dəqiqədən sonra yuyulur.

Ağardıcı un maskası  - 2 x.q. un, 1 x.q. xama qarışdırılır, üz dərisinə çəkilir, 20 dəqiqədən sonra yuyulur.


Загрузка...
. .