Kosmetologiya

Kartof dilimlərini soyuducuda saxlayın, sonra... - GÖZƏLLİK SİRLƏRİ

Gündəlik iş stressi, zərərli vərdişlər, atmosfer çirkliliyi dərimizə mənfi təsir edir. Nəticədə isə dəridə qüsurlar yaranır.

Bu qüsurlar isə xanımı kompleksə salır. Bəs qüsursuz dəri üçün nə edə bilərik?

Üzünüzü gur, təzyiqli su ilə yuyun. Bu şəkildə duş qəbul etmək də dəri stressini azaldır.

Ayaqlarınızın barmaq ucları üzünüzə siqnal göndərir. Alnınızda yaranacaq qırışların qarşısını almaq üçün ayaq barmaqlarınızın üst qisminə müntəzəm aralıqlarla möhkəm basın.

Üzünüzü həftədə iki dəfə kremləyərək 5 dəqiqəlik masaj edin. Bunun üçün dairəvi hərəkətlərlə çənədən yanaqlara, alnın ortasından kənara doğru, burun yanlarından alnın ortasına doğru enib qalxaraq masaj edin. Ağzınızın ətrafını yuxarı doğru hərəkətlərlə ovun.

Hər gecə saat 24.00-dan əvvəl yatın. Bədənimiz ilk yuxu saatlarından gecə yarısına qədər böyümə hormonları ifraz edir. Bu hormonlar isə hüceyrə yenilənməsini hərəkətləndirir.

Yanaqlarınızın dərisini gərginləşdirmək üçün gimnastik hərəkətlər etməlisiniz. Bunun üçün ağzınızı bağlayın, yanaqlarınızı içəri doğru çəkdikdən sonra əllərinizin yardımı ilə yavaş-yavaş üzünüzü dartın.

Kollagen təbəqəsini hərəkətə keçirmək üçün 250 qram pomidor, qabığı soyulmuş yarım limon və bir yerkökü qatı meyvə pürəsi halına gətirin, bir damcı zeytun yağı və bir  miqdar yod duzu əlavə edin. Bu maskanı üzünüzə çəkin.

Göz bəbəyi istiqamətində göz altındakı sümüklərin üzərinə ən az 5 saniyə basın.

E vitamin tərkibli kremlər hüceyrələrin gərilməsini azaldır. E vitamini dərini ultrabənövşəyi şüaların, nikotinin yaratdığı sərbəst radikalların mənfi təsirindən qoruyur.

Dəriniz üçün kompres də edə bilərsiniz. Belə ki, dörd damcı limon, iki damcı sərvi ağacı, ardıc ağacı yağını, iki litr qaynar suyun içinə tökün. Şəxsi üz dəsmalınızı bu qarışıma batırıb üzünüzə qoyun.

Kartof  masajı dərinizi təzələyir və rahatladır. Əvvəlcə kartof dilimlərini 10 dəqiqə soyuducuda saxlayın. Dərini təmizlədikdən sonra soyulmuş kartof dilimləri ilə üzünüzə masaj edin. 15 dəqiqə boyunca kartofu üzünüzdə saxlayın. Suyu dərinizə təsir etdikdən sonra üzünüzü yuyun.

Oksigen maskasına da müraciət edə bilərsiniz. Hüceyrələr 10 dəqiqə içində oksigenlə zənginləşir. Nəticə olaraq dəri təzə və sağlam görünüşə qovuşur.

Narıncı işıq hüceyrələri canlandırır, mavi oksigen qəbulu artırır, sarı dərini ölü hüceyrələrdən təmizləyir. Rəngli işıq müalicəsini ancaq gözəllik mərkəzlərindən əldə edə bilərsiniz.

Ailem.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Zərif çiyələkli piroq

Zərif çiyələkli piroq

Şirniyyat Hits:24974

Piroq tez hazırlanır və çox dadlı...

Folqanı ev işlərində belə istifadə edin

Folqanı ev işlərində belə istifadə…

Faydalı məsləhətlər Hits:31140

Adətən biz folqanı mətbəxdə istifadə edirik...

Xamalı kremlə ÇİYƏLƏKLİ TORT

Xamalı kremlə ÇİYƏLƏKLİ TORT

Şirniyyat Hits:6584

Tərkib: - 6 ədəd yumurta - 1,5 stəkan...

Kokosun faydaları

Kokosun faydaları

Ərzaqlar Hits:742

Kokos çox faydalı və müalicəvi məhsuldur...

Civzələri yox edən ucuz vasitə

Civzələri yox edən ucuz vasitə…

Kosmetologiya Hits:18635

Müasir dünya farmasevtik sənayesi hər il...

Bişmiş kremlə YÜNGÜL və DADLI  PİROQ

Bişmiş kremlə YÜNGÜL və DADLI…

Şirniyyat Hits:1476

Məhsullar: Krem: - 250 ml süd

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:339

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:332

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:607

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:548

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:879

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1026

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az