Saçların sağlam olduğunun əsas əlamətlərdən biri onların parıltısıdır.
Saçlara parıltı vermək üçün təzə gicitkən dəmləməsindən istifadə edin.
Dəmləməni hazırlamaq üçün 3 x.q. doğranmış təzə gicitkəni yarım litr qaynar suda dəmləyin, süzün və saçınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın.
Gicitkən dəmləməsi saçların vəziyyətinə çox müsbət təsir edir - saçlara sağlam parıltı verir, yumşaq edir, kəpəyi yox edir.