Effektli GECƏ MASKALARI. Səhər GÖZƏL oyanmaq üçün...

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir.

Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl  təmizlənmiş  dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun. Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.

Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.

1. Yarım banan əzilir, 1 x.q. zeytun yağı əlavə olunur, yaxşı qarışdırılır, 20 dəqiqədən sonra ilıq suda isladılmış disklə silin.

2. Yumurta sarısı çalınır,  1 ç.q. badam yağı və 1 ç.q. düyü unu (dükandan alın və ya özünüz düyünü üyüdün) əlavə olunur, qarışdırılır, maskanı üzə çəkin və 20 dəqiqədən sonra ilıq suda isladılmış disklə silin.  

3. 1 x.q. xama, 1 ç.q. duz, 1 ç.q. bal qarışdırılır, təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqədən sonra silin.   

Evdarliq.az



 

 

.