Kosmetologiya

Gözaltı torbalardan xilas olmağın TƏBİİ YOLLARI

Gözaltı torbalar bir çox insanı narahat edən problemdir.

Lakin mətbəxinizdə olan bir neçə vasitə ilə bu xoşagəlməz haldan xilas ola bilərsiniz. Sizə həmin xilasedicilərli təqdim edirik.

- Gözaltı şişkinliklər və qaralmalara yaxşı təsir edən yaşıl çay paketlərini soyuduqdan sonra gözaltına qoyun. 5-10 dəqiqə saxladıqdan sonra götürün və üzünüzü yuyun. Həftədə üç dəfə bu üsuldan istifadə etsəniz, göz altınızın yaxşılaşdığının fərqinə varacaqsınız.

- Arqan yağının faydaları arasında göz altı qaralmalar və qabarıqlığa yaxşı təsir etməsi də var. Hər axşam gözaltını arqan yağı ilə masaj edin. Gecə boyu yumayın. Səhər oyandıqda üzünüzü yuyun. Zamanla fərqi görəcəksiniz.

- Çay qaşığını buzxanada saxlayın. Çıxarandan sonra bir neçə dəqiqə əlinizlə gözünüzün altında saxlayın. Güzgüyə baxdıqda fərqi görəcəksiniz.

- Hindqozu yağının saysız-hesabsız faydalarından biri də göz altı qaralmalara yaxşı təsir etməsidir. Saat istiqamətinin əksinə və saat istiqamətində hər axşam gözaltını hindqozu yağı ilə masaj edin. Səhərisi yuyun. Bir həftə ərzində qarşılaşacağınız dəyişikliyə inana bilməyəcəksiniz.

- Gözaltının göyərməsi və şişməsinin ən böyük səbəblərindən biri qeyri-kafi yuxu, pis qidalanma və az su içməkdir. Kafeinə ara verib bitki çayları, bol su və balanslı yuxuyla gözaltı qaralmalardan xilas ola bilərsiniz.

- Kartofu nazik halqalar şəklində doğrayın. Təmizlənmiş gözlərinizin üzərinə yerləşdirin. 5-10 dəqiqə saxlayın. Sonra ilıq suyla üzünüzü yuyun. Bunu həftənin 3 günü təkrar edin. Bənövşəyi ləkələrin yox olmağa başladığını görəcəksiniz.

- Xiyar dilimlərini soyuducuda bir saat saxlayın. Soyuyan dilimləri göz qapaqlarınıza yerləşdirin. 5-10 dəqiqə saxlayıb üzünüzü yuyun. Gözaltının nəmləndiyini və bənövşəyi ləkələrin yavaş-yavaş yox olduğunu görəcəksiniz.

- Xiyarın suyunu makiyaj təmizləmə vasitəsinə hopdurun. Onları gözlərinizə yerləşdirib bu formada 5-10 dəqiqə uzanın və istirahət edin. Stress dəriyə zərər verir, bunu unutmayın. İstirahət özünüzə verə biləcəyiniz ən yaxşı hədiyyədir.

- Soyuducuda soyutduğunuz dəsmalı səhərlər gözlərinizə qoyaraq qabarıqlığı yox edə bilərsiniz.

- Soyuq südü makiyaj pambığına hopdurun. Makiyajdan təmizlənmiş gözlərinizə həmin pambıqları qoyun və 10 dəqiqə bu formada uzanın. Sonra üzünüzü yuyun. Həftədə 3 dəfə bunu təkrarlayın. Fərqi görəcəksiniz.

Aile.lent.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Dadlı kəsmikli oladi

Dadlı kəsmikli oladi

Qəlyanaltılar Hits:1220

Məhsullar: - 250 qr yağlı kəsmik

Yaşıl lobya nə ilə faydalıdır?

Yaşıl lobya nə ilə faydalıdır?

Ərzaqlar Hits:1633

Lobyanın vətəni Qədim Misir sayılır. Lobya...

Bişmiş squşonka ilə asan hazırlanan şirniyyat. Foto-resept

Bişmiş squşonka ilə asan hazırlanan…

Şirniyyat Hits:6390

Məhsullar: - 200 qr kərə yağı

Ən dadlı BLİNİ resepti

Ən dadlı BLİNİ resepti

Qəlyanaltılar Hits:28293

Tərkib: - 3 yumurta - yarım l süd

Qara nöqtələrdən azad olmağın sadə yolu

Qara nöqtələrdən azad olmağın sadə…

Kosmetologiya Hits:14954

  Səhərlər güzgüyə baxdıqda üzünüzdə, burnunuzda gördüyünüz...

Dadlı və yumşaq cemli bulkalar

Dadlı və yumşaq cemli bulkalar

Şirniyyat Hits:33734

Tərkib: - yarım l süd - 3 stəkan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az