Saçlarınız tökülürsə... EFFEKTLİ MASKALAR

Bu təbii maskalar saçları möhkəmləndirir, saçların tökülməyini azaldır.

1. 1 xörək qaşığı ayıpəncəsi yağı 1 xörək qaşığı balla yaxşı qarışdırılır, 2 çalınmış yumurta sarısı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı saçlarınızın köklərinə çəkin, massaj edin, saçlarınızı sellofanla, sonra dəsmalla bağlayın və 1 saat saxladıqdan sonra yaxşı yuyun.

2. 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı təzə limon şirəsi yaxşı qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat saxlayın və sonra yuyun.

3. 1 baş soğan blenderdə əzilir, 2 xörək qaşığı ağ gil və 1 çay qaşığı balla qarışdırılır və saçların köklərinə çəkilir. Maskanı 1 saat saxlayın və yuyun.

4. 1 xörək qaşığı qırmızı bibər tinkturası (apteklərdə satılır) 1 xörək qaşığı gənəgərçək və 1 xörək qaşığı badam yağları ilə qarışdırın, 1 çalınmış yumurta sarısını əlavə edin, yaxşı çalın və saçlarınızın köklərinə çəkin. 1 saat saxlayın və sonra yuyun.

Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır.

Evdarliq.az