Limon üz dərisinə çox müsbət təsi edir - ağardır, tonuslaşdırır, cavanlaşdırır, təravətləndirir, təmizləyir.
Sizə ən effektli limon maskalarınn reseptlərini təqdim edirik.
1. Limon + bal.
Ən populyar və çox effektli maskadır. 2 x.q. limon şirəsi 1 x.q. balla yaxşı qarışdırırlır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
2. Limon + kəsmik.
2 x.q. limon şirəsi 2 x.q. kəsmiklə qarışdırılır.
3. Limon + yumurtanın sarısı.
Yumurtanın sarısı çalınır, 1 x.q limon şirəsi əlavə olunur.
4. Limon + yulaf yarması + xama.
2 x.q. yulaf yarması (gerkules) üyüdülür, 2 x.q. limon şirəsi və 1 x.q. xama ilə qarışdırılır.