Qışda çatlayan dodaqlar üçün vanilli balzam

Qışda dodaqlarınızın tez-tez quruyub çatlamağından narazısınızsa, vanilli dodaq balzamını mütləq yoxlamalısınız.

Vanil qış üçün hər mənada faydalıdır.

Tərkib:

- Bal mumu
- Hindqozu, və ya zeytun yağı
- Vanil yağı
- Vitamin E kapsulu və ya limon yağı

Hazırlanması:
Bal mumu, hindqozu yağı və ya zeytun yağını buxarda qızdırın. İlıqlaşanda içinə 5 damcı vanil yağı və 3 damcı limon yağı əlavə edə bilərsiniz. Dərinin intensiv nəmlənməsini və bəsləməsini istəyirsinizsə, 1 ədəd E vitamini kapsulunu sındırıb, içinə tökün. Bütün yağları yaxşıca qarışdırın və soyumasını gözləyin.

Publika.az