Ən yaxşı qış maskaları. 3 RESEPT

Soyuq fəsillərdə dəriyə xüsusi qulluq lazımdır.

Təzə meyvə və tərəvəzlərin az olması, soyuq küləkli hava, evin havasını qurudan isitmə sistemləri - bütün bunlar dərinin vəziyyətinə çox mənfi təsir edir, dərini qocaldır, solğun və baxımsız edir.

Souyuq fəsillərdə kosmetik maskaların istifadəsi xüsusilə vacibdir. Belə maskaları həftədə 2-3 dəfə edin.

Sizə ən yaxşı qış maskalarının reseptlərini təqdim edirik.

1. Bananlı maska. Yarım banan əzilir, 1 çay qaşığı zeytun yağı (yağlı dəri üçün 1 x.q. qatıq) əlavə olunur, yaxşı qarışdırılır, təmiz üz dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq suda isladılmış pambıqla silinir.

2. Xurma ilə maska. Yarım xurman əti əzilir, 1 yumurta sarısı, 1 x.q. yağlı xama (yağlı dəri üçün 1 x.q. yağsız kəsmik) əlavə olunur, qarışdırırlır. Maskanı çəkin və 20 dəqiqə saxlayın.  

3. Vitaminli maska (quru dəri üçün). 1 x.q. gənəgərçək yağı 1 x.q. zeytin yağı ilə qarışdırılır, 2 kapsul aevit vitamini (apteklərdə satılır) əlavə edilir, qarışdırılır. Maskanı su hamamında bir qədər qızdırın. Tənzif götürüb göz və burun üçün dəliklər kəsin, tənzifi yağda isladın və üz dərisinə qoyub 20 dəqiqə saxlayın. Yağın qalıqlarını ehtiyatla silin.        


.