Dəri iltihabından qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Dəri iltihabı ilə hər kəs qarşılaşa bilər. Lakin narahat olmağa dəyməz. Bunun qarşısını təbii yollarla da ala bilərsiniz.

Təhlükəsiz, səmərəli və evdə tətbiq edə biləcəyiniz təbii üsullar sizə daha çox kömək edəcək. Dəri iltihablarına yaxşı təsir edən bəzi praktik üsulları təqdim edirik.

Kəklikotu

Bir dəstə kəklikotunu su dolu qazanda qaynadın və soyumağa qoyun. İltihablı bölgələrə sürtün. Bu, dəridə qaşıntını və qıcıqlanmanı azaltmağa kömək olacaq.

Çay ağacı yağı

Pipetə bir neçə damcı çay ağacı yağını iltihablı bölgələrə yüngülcə çəkin.

Pivə mayası

Pivə mayası tozunu süd, qatıq və ya meyvə suyu ilə qarışdırın. Bu qarışım iltihabın qarşısını almağa kömək edən təbii dəri təmizləyicidir.

Yulaf əzməsi

500 qram yulafı 1 litr su ilə qarışdırın və bir neçə dəqiqə qaynadın. Soyuduqdan sonra iltihablı bölgəyə sürtün. Bir neçə dəqiqə saxladıqdan sonra yuyun.

Aile.lent.az