Gözaltı qaralardan xilas olun - MASKA

Karbonat (soda) çox güman ki, hər evdə olan universal ərzaqlardandır.

Soda yalnız şirniyyatların bişirilməsində deyil, həm də təmizlik, müalicə, bədənə və üzə qulluq vasitəsi kimi də istifadə edilir. Əlbəttə, sadə, adi bir ərzağın bu qədər effektə malik olmasına inanmaq çətindir.

Sizə gözaltı qaraların həlli üçün sadə formul təqdim edirik. Artıq gözaltına tonal krem vurmağa ehtiyac qalmayacaq.

Resept 1.

- 5 qram istənilən gözaltı krem

- 1 çimdik soda

Sodanı kremlə qarışdırın və gözaltına çəkib 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.

Resept 2.

- 1 çay qaşığı soda
- 1 stəkan isti su

Soda suda həll edin, steril diskiləri bu qarışıqda isladın, gözlərin altına qoyun və 15 dəqiqə saxlayın. sonra təmiz su ilə yuyun və nəmləndirici krem çəkin.

Aile.lent.az