Qüsursuz dəriyə sahib olmaq üçün 7 MƏSLƏHƏT

Dünyadakı bütün qadınlar qüsursuz, parlaq, sağlam dəri istəyir və buna da nail olmaq üçün özlərinə görə üsulları var. Aile.lent.az onlardan bəzilərini təqdim edir.

Düyü suyu

Asiyalı qadınlar üzlərini yumaq üçün düyünü qaynadaraq düyü suyu əldə edirlər. Mütəxəssislərin fikrincə, düyü suyu qüsursuz dəri üçün ən ucuz və ən yaxşı alternativdir. Düyü suyu tərkibindəki E vitamini və antioksidantlar sayəsində dərini yumşaldır.

Qəhvə qalığı

İndoneziyalı qadınlar qəhvə çəyirdəklərini dəriləri üçün istifadə edirlər. Çəyirdəklərdəki kafein dərinin sıxlaşmasına yardımçı olur və beləcə, daha qüsursuz, yumşaq görünməsinə kömək edir. Qəhvə çəyirdəyi bütün dəri üçün də istifadə edilə bilər.

Shea (şea) yağı

Bir tövsiyə də Afrikalı qadınlardan. Shea yağı sadəcə dəriniz tərəfindən əmilib yumşaq və nəmli qalmasına yaramaz, eyni zamanda quru və sərt bölgələr varsa, onların da yaxşılaşmasına səbəb olur. Ən əsası isə qırış yaranmasını azaldır.

Dəniz kələmi

Çində qadınlar nəmləndirici və yeniləyici təsiri olduğundan dəniz kələmi istifadə edirlər. Tapmaq çətin olsa da, belə bir şans əldən qaçmaz. Dərini yumşaldır, qüsursuzlaşdırır və ölü hüceyrələrdən təmizləyir. Üzə çəkdikdən bir neçə dəqiqə sonra dəriniz artıq gənc və yenilənmiş görünəcək.

Qəhvərəngi gil

Əgər Mərakeşdəki qadınların dərisinin niyə bu qədər sağlam göründüyü sizi maraqlandırırsa, səbəbi gildir. Amma hər hansı gil deyil, söhbət qəhvərəngi gildən gedir. Dərinin elastikliyini artırır və ləkələrdən qoruyur.

Dəniz palçığı

Bu palçıq ölü dəri hüceyrələrinin təmizlənməsinə yardım edir və dəri mümkün olan ən sağlam yollarla təzələnir. Əczaxanalardan əldə edə bilərsiniz.

Çay

Xüsusən roobios çayını içmək də faydalıdır. Cənubi Afrikadan olan qadınlar bu çaydan hazırlanan losyon və sabunlardan istifadə edirlər.

Aile.lent.az