Üz üçün CAVANLAŞDIRICI DUZ MASKALARI

Duz maskaları üz dərisinə çox müsbət təsir edir - cavanlaşdırır, nəmləndirir, daha hamar və elastik edir, təmizləyir.

 Sizə duz maskaların variantlarını təqdim edirik.

1. 1 ç.q. narın duz, 1 x.q. zeytun yağı, 1 ç.q. ərik yağı, 1 ç.q. nişasta yaxşı qarışdırılır, təmiz üz dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silinir.

2. 1 ç.q. narın duz, 1 yumurta sarısı, 1 ç.q. gənəgərçək yağı qarışdırılır, təmiz üz dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silinir.

3. 1 ç.q. duz + 1 x.q. yağlı xama + 1 ç.q. bal.

4. duz + limon şirəsi + düyü unu (düyü üyüdülür və ya hazır düyü unu istifadə olunur).  

Evdarliq.Az


Загрузка...
. .