Tərkibi:
- 1 stəkan qoz (və ya fındıq, badam, püstə və s.)
- 200 qr kərə yağı
- 2 stəkan un
- 1/2 stəkan şəkər tozu
- 1 çimdik duz
- 1 paket vanilin
Hazırlanması:
1. Qoz xırda doğranılır.
2. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə çalınır.
3. Ələnmiş un, duz və vanilin əlavə olunur, yaxşı qarışdırılır.
4. Xırdalanmış qoz əlavə olunur, qarışdırılır, xəmir yoğrulur, 30 dəqiqə soyuducuda saxlanılır.
5. Xəmirdən peçenye formalayın.
6. Tavaya perqament kağızı sərin, peçenyeləri düzün.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın və peçenyeni 20-25 dəqiqə ərzində bişirin.
8. Peçenye soyuyanda üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Evdarliq.az