Effektli POMİDOR maskaları

Pomidor maskaları dəri üçün çox faydalıdır. Bu maskaların təsirləri arasında:

- dərini cavanlaşdırır, elastikliyini artırır

- dərini daha hamar edir

- ağardır, piqment ləkələri və çilləri daha görünməz edir

- yüngül pilinq kimi təsir edir (dərini ölmüş hüceyrələrdən təmizləyir)

- yağlı dərinin parıltısını azaldır.

Pomidor maskalarının reseptləri

1. Pomidor əzilir, 1 x.q. düyü unu və 1 yumurta sarısı əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir, 15-20 dəqiqədən sonra yuyulur. Bu maska yağlı dəriyə çox yaxşı təsir edir.

2. Pomidor püresinə 1 x.q. zeytun yağı və 1 ç.q. ərik yağı əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir, 15 dəqiqədən sonra yuyulur. Bu maska quru dəri üçün nəzərdə tutulub.

3. Maska-pilinq. 1 pomidorun əti, 1 x.q. qatıq, 1 x.q. yulaf yarması ("gerkules") qarışdırılır. Maskanı üz dərisinə çəkin və 1-2 dəqiqə yüngül massaj edin. Sonra maskanı üzünüzdə 10 dəqiqə ərzində saxlayın və ilıq su ilı yuyub krem çəkin.

Evdarliq.az



 

 

.