Cavanlaşdırıcı ALBALI MASKAları

Albalı meyvəsi orqanik turşularla zəngindir. Bu səbəbdən albalı maskaları dərinin üzərində olan ölmüş hüceyrələri sanki "əridir".

Bu pilinq effekti verir - dəri cavanlaşır, daha hamar olur, onun elastikliyi artır, rəngi yaxşılaşır.

Maska reseptləri

1. 7-8 albalı meyvəsini yaxşı əzin, 1 ç.q. narın duz əlavə edin, qarışdırın, üz dərisinə çəkin, yüngül massaj edin. Maskanı 10 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkin.

2. 7-8 meyvəni əzin, 1 x.q. yulaf yarması (gerkules) əlavə edin, qarışdırın, yuxarıda göstərilən qaydalara  uyğun istifadə edin.

Evdarliq.az


.
.
Загрузка...