Saçların uzanmasını sürətləndirən EFFEKTLİ MASKALAR

Sizə saçların uzanmasını sürətləndirən maskaların reseptlərini təqdim edirik.

1. 1/2 stəkan qatığa 1 ç.q. darçın və 1 x.q. gənəgərçək yağı əlavə edin, qarışdırın, saçların köklərinə çəkin, massaj edin. Saçları plyonka, sonra dəsmalla örtün və  2 saat ərzində saxlayın. Sonra maskanı şampunla yaxşı yuyun.

2. 2 soğandan şirə sıxın, 1 yumurta sarısı və 1 çay qaşığı balla qarışdırın, saçların köklərinə çəkin, massaj edin. Saçları plyonka, sonra dəsmalla örtün və  2 saat ərzində saxlayın. Maska çox effektlidir. Onun yeganə mənfi tərəfi - qalıcı soğan iyidir. Bu səbəbdən belə maskaları tətildə və ya məzuniyətdə olduqda isifadə etmək daha yaxşıdır.

3.  1/2 stəkan qatıq 1 x.q. xardal tozu və 1 x.q. ayıpəncəsi yağı ilə qarışdırılır, saçların köklərinə çəkilir. Saçları plyonka, sonra dəsmalla örtün, 30 dəqiqə ərzində saxlayın və sonra yuyun.  

Bu maskaları həftdə 1 dəfə 2-3 ay ərzində etmək olar.

Evdarliq.Az



 

 

.