Yağ maskaları dərini yumşaldır, hamarlaşdırır, kiçik qırışları yox edir, rəngini yaxşılaşdırır, təravətləndirir.
Bu maskalar quru, yorğun, qocalmağa başlayan dəri üçün uyğundur.
1. 2 x.q. zeytun yağı su hamamında bir qədər qızdırılır (ilıq olmalıdır). Yağda tənzif isladılır və üzə qoyulur. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.
2. 1 x.q. gənəgərçək yağı və 1 x.q. küncüt yağı qarışdırılır və su hamamında bir qədər qızdırılır. Yağda steril tənzif isladılır və üzə qoyulur. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.
3. 1 x.q. badam yağı + 1 x.q. ərik yağı.
Evdarliq.Az