Dərini cavanlaşdıran, ağardan ÇİYƏLƏK MASKALARI

Çiyələk maskaları kosmetologiyada çox effektli sayılır. Bu maskalar:

- nəmləndirici təsir edir

- yağlı dərinin məsamələrini daraldır, təmizləyir, iltihabları azaldır

- dərini ölü hüceyrələrdən çox yaxşı təmizləyir (piling edir)

- yaxşı qidalandırır

- ağardır, piqment ləkələri aparır

- cavanlaşdırır, rəngini yaxşılaşdırır.

Ən yaxşı çiyələk maskaları:

1. Ağardıcı maska

Bir neçə çiyələyi yaxşı əzin və dəriyə çəkib 15 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun, nəmləndirici krem çəkin.

2. Cavanlaşdırıcı maska

2-3 çiyələk əzilir, 1 çay qaşığı bal, 1 çay qaşığı badam yağı əlavə olunur, yaxşı qarışdırılır, üz dərisinə çəkilir, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silinir, qidalandırıcı krem çəkilir.

3. Nəmləndirici maska

3 çiyələk əzilir, 2 xörək qaşığı yağlı kəsmiklə qarışdırılır, üz dərisnə çəkilir, 20 dəqiqədən sonra ilıq su ilə yuyulur, nəmləndirici krem çəkilir.

4. Maska-pilinq

2-3 çiyələk əzilir, 2 x.q. qatıq və 1/2 çay qaşığı narın duz əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir, yüngül massaj edilir. Daha sonra maskanı 10 dəqiqə saxlayın və ilıq su ilə yuyub qidalandırıcı krem çəkin.

Dəridə yaralar, kapilyar toru varsa, bu maskalardan istifadə etmək olmaz.

Çiyələk maskaları allergiya verə bilər (dəridə səpgilər, qaşınma). Bu səbəbdən istifadə etdikdən əvvəl çiyələyin şirəsini dərinin kiçik hissəsinə çəkin və 30 dəqiqə gözləyin. Heç bir reaksiya yoxdursa, çiyələk maskalarından istifadə edə bilərsiniz.

Bu maskalardan həftədə 1-2 dəfə istifadə etmək olar.

Evdarliq.Az