Qırışları azaldan MASKA

Bu sədə maska həqiqən çox effektlidir. Maska vitaminlər və antioksidantlarla zəngindir, kiçik qırışları hamarlayır, dərini cavanlaşdırır.

Maskanı həftədə 2 dəfə ən azı 2 ay ərzində etmək lazımdır.

Tərkib:

- 1 yumurta sarısı (kənd yumurtasından istifadə edin)

- 1 x.q. zeytun yağı

- 1 ç.q. bal

Yumurta sarısı yüngül çalınır, yağ və bal əlavə olunur, qarışdırılır. Maska təmiz dəriyə çəkilin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla təmizlənir.

Evdarliq.Az


.