Məşhur Kleopatranın CAVANLAŞDIRICI MASKAsı

Rəvayətə görə, məşhur Kleopatra cavanlıq sirrini bilirdi. İllər keçdikcə Kleopatra qocalmırdı, əksinə daha cavanlaşır və gözəlləşirdi.

Gözəlliyini və cavanlığını qorumaq üçün Kleopatra müxtəlif kosmetik vasitələrdən - maskalar,  xüsusi  vannalar, massaj və s. - istifadə edirdi.

Belə hesab olunur ki, Kleopatra öz gözəllik maskalarına bu kimi inqrediyentləri daxil edirdi: bal, süd, kosmetik gil, yumurtanın sarısı, yulaf yarması, limon şirəsi.

Bu inqrediyentlərdən belə maska hazırlamaq olar: 2 x.q. kosmetik gil, 1 ç.q. duru bal, 1 yumurtanın sarısı, 1 x.q. limon şirəsi, 1 x.q. üyüdülmüş yulaf yarması (herkules), 2 x.q. süd yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, ilıq su ilə yuyun və sonra üzünüzə zeytun yağı çəkin. 20 dəqiqədən sonra dəriyə hopulmamış yağı nəm salfetlə silin.

Evdarliq.Az



 

 

.