Parlaq dəri üçün SADƏ MASKA

Bu maska adi, hər bir evdə olan komponentlərdən hazırlanır.

Maska dərini çox yaxşı təmizləyir, dəriyə zəriflik və parlaqlıq bəxş edir, dərinin rəngini yaxşılaşdırır, qara nöqtələri yox edir.

3 xörək qaşığı sodanın üzərinə bir qədər ilıq su və 1 xörək qaşığı yulaf yarması ("herkules") tökün (sıyıq kimi olmalıdır), yaxşı qarışdırın və üz dərisinə çəkib yüngül massaj edin. Maskanı 10 dəqiqə üzünüzdə saxlayın, ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

Evdarliq.Az