Əlləri cavanlaşdıran skrab

Əllərimizin dərisi tez-tez soyuq və isti havanın və suyun, yuyucu vasitələrin təsirinə məruz qalır.

Bu əllərin dərisinə mənfi təsir edir - dərini qocaldır, cod və baxımsız edir. Bunun qarşısını almaq üçün ev şəraitində xüsusi skrab hazırlayın. Hər gün yatmazdan əvvəl əllərinizi yuyun və bu skrabla təmizləyin. Sonra əl kremi çəkin.

Skrabın resepti

2 x.q. narın dəniz duzu (apteklərdə satılır) və ya dəniz duzu olmadıqda  adi duz, 1 x.q. zeytun yağı, 1 ç.q. bal qarışdırılır, təmiz əllərə çəkilir və massaj edilir. Skrabı şüşə qabda saxlayın və hər gün istifadə edin.  

Evdarliq.Az