Kosmetologiya

Saçlar üçün çox effektli vitaminli maska. Ani effekt!

Yazda saçların vəziyyəti pisləşir - saçlar quru, parıltısız olur, tökülür.

Saçların vəziyyətini tez bərpa etmək üçün çox effektli vitamin maskaları var. Belə maskaları ev şəraitində də hazırlamaq olar. Vitaminli maskalar ani effekt verir. İlk dəfə istifadə etdikdən sonra siz dəyişikliyi hiss edəcəksiniz.

Aptekdə ampula və ya kapsul şəklində B6, B12, A, E, C vitaminləri və nikotin turşusunu alın. Hər vitamindən 1 kapsul və ya ampula götürün, onları deşin, plastik qaba boşaldın və qarışdırın. Üzərinə 2-3 xörək qaşığı (saçların uzunluğundan asılıdır) saç üçün balzam tökün, yaxşı qarışdırın və nəm saçlara çəkin. Polietilen papaq taxın, dəsmalla bağlayın və 1 saat saxlayın. Daha sonra saçınızı adi qaydada yuyun. Belə maskanı həftədə 1 dəfə etmək olar.   


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика