Cavanlaşdırıcı Yapon maskası. RESEPT

Yapon qadınları qocalana qədər üz dərisinin gözəlliyini və cavanlığını saxlaya bilirlər.

Yapon qadınları adətən öz yaşından cavan görünürlər. Bunun sirlərindən biri yapon qadınlarının üz maskalarıdır. Bu maskalardan birini sizə təqdim edirik.

2 x.q. yumru düyü və 1 x.q. yaxşı yaşıl çayı qəhvə üyüdən maşında üyüdün, qarışdırın, üzərinə 3 x.q. süd əlavə edin, yaxşı qarışdırın (duru sıyıq kimi alınmalıdır) və təmiz üz dərisinə çəkin.

Maskanı 20 dəqiqə saxlayın, ilıq su ilə yuyun, qidalandırıcı krem çəkin.

Belə maskanı həftədə 2 dəfə istifadə edə bilərsiniz. 

Evdarliq.AZ




loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...