Yaz kosmetik maskaları. Siz də faydalanın!

Yazda insan orqanizmində vitamin və mineral çatışmazlığı yaranır.

Bu ilk növbədə üz dərisinin vəziyyətinə təsir edir. Dəri solğun, cansız, yorğun, qocalmış görünür. Dərinin vəziyyətini yaxşılaşdırmaq üçün sizə bir neçə maska reseptini təqdim edirik.

1. 1 dənə iri kök sürtgəcdən keçirilir, 1 yumurta sarısı ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

2. 1 banan blenderdə əzilir, 1 çay qaşığı limon şirəsi, 1 çay badam yağı əlavə olunur, yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və suda isladılmış pambıq tamponla silin.

3. 1 yumurta sarısı, 2 xörək yağlı qaşığı xama ilə yaxşı qarışdırılır, 4 kapsul aevit (apteklərdə satılır) əlavə olunur (kapsulları deşmək lazımdır), yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 15 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

4. 2 tikə qara çörək az miqdarda ilıq süddə isladılır, yaxşı əzilir və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və üzünüzə qidalandırıcı krem çəkin.    

Evdarliq.Az


.