Mayonezli maska ilə gözəl saçlara qovuşun!

Daha öncə saçlarınıza bir çox məhsulla qulluq etsəniz də istədiyiniz nəticəni ala bilməmisinizsə, mütləq mayonezdən istifadə edin.

Mayonezli maska sayəsində saçlarınız heç olmadığı qədər sağlam və gözəl görünəcək.

Saçınızın uzunluğunu nəzərə alaraq 3-4 qaşıq mayonezi, 1 ədəd yumurta, 1-2 xörək qaşığı zeytun yağı (və ya badam yağı) ilə qarışdırın.

Maskanı islaq saça çəkin. Masaj edərək maskanın saç diblərinə təsirini gücləndirin.

Maska saçda 1-2 saat qalmalıdır. Daha sonra saçı ilıq su ilə yumaq lazımdır. Bu məqamda şampundan istifadə etmək maskanın təsirini azalda bilər. Ona görə də yalnız sabahı günü saçlarınızı təbii tərkibli şampunla yumalısınız.

Mayonez maskasından ayda 2 dəfə istifadə etmək lazımdır.

Publika.az


.