Kosmetologiya

Ev şəraitində faydalı təbii sabunların hazırlanması

Belə sabunlar dəri üçün çox faydalıdır, dəriyə müalicəvi təsir edir, gözəlləşdirir və cavanlaşdırır.  

Ev şəraitində faydalı ətirli sabunları hazırlamaq üçün lazım olan inqrediyentlər:

- 100 qr iysiz və rəngsiz uşaq sabunu

- 100 qr süd

- 1 x.q. badam yağı (ərik, zeytun yağından da istifadə etmək olar)

- 1 x.q. qliserin (apteklərdə satılır)

- 1 ç.q. bal

- 2 x.q. kokos yonqarı

- 10 damcı istənilən efir yağı (çay ağacı, limon, lavanda, darçın, vanil və s.). Bir neçə efir yağından da istifadə etmək olar (birlikdə 10 damcı alınmalıdır).

Hazırlanması:

1. Sabunu sürtgəcdən keçirdirik, qazana tökürük, üzərinə süd əlavə edirik, qarışdırırıq və su hamamında əridirik. Sabun şüşə və ya dəmir qazanında əriməlidir (allüminium qazandan istifadə etməyin).

2. Kütləni tez-tez qarışdırmaq lazımdır. Kütlə qaynamamalıdır.

3. Kütlə tam əridikdən sonra oddan götürülür, badam və ya digər yağ və qliserin əlavə olunur, qarışdırılır.

4. Kütlə bir qədər soyuduqdan sonra bal, kokos yonqarı və efir yağları əlavə olunur, yaxşı qarışdırılır.

5. Sonra kütləni kiçik plastik və ya silikon formalara qoyuruq, üzərinə spirt çiləyirik və qurumağa qoyuruq.

6. Sabun tam quruduqdan sonra formalardan çıxardırıq və istifadə edirik.

Sabun hazırladıqda müxtəlif efir yağlarından istifadə etmək olar, sabuna qurudulmuş otları (çobanyastıqı, kalendula, adaçayı və s.) əlavə etmək olar.

Evdarliq.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Qışa dadlı ASSORTİ SALAT

Qışa dadlı ASSORTİ SALAT

Qışa tədarük Hits:4007

Tərkib: - 1 kq badımcan - 1 kq...

Kivinin faydaları haqqında

Kivinin faydaları haqqında

Ərzaqlar Hits:3152

Kivi çox “cavan” giləmeyvədir. Bizə Yeni...

Banan qabığının saysız faydası

Banan qabığının saysız faydası

Faydalı məsləhətlər Hits:8648

Bananın özü faydalı meyvə olduğu kimi...

XANIMLARIN DİQQƏTİNƏ: Kişilər belə qadınlarla evlənmək istəyir

XANIMLARIN DİQQƏTİNƏ: Kişilər belə qadınlarla…

Münasibətlər Hits:2737

Kişilərin qadınların hansı xüsusiyyətlərinə heyran qaldığını...

Qışa çox dadlı və asan TƏRƏVƏZ SALATI

Qışa çox dadlı və asan…

Qışa tədarük Hits:11230

Çox dadlı və asan hazırlanan salatdır...

Cins şalvarlara qulluq. 11 vacib qayda

Cins şalvarlara qulluq. 11 vacib…

Paltarlara qulluq Hits:8231

Cins şalvarları heç zaman dəbdən çıxmır.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:314

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:414

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:328

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:596

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:533

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:443

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:871

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1013

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az