Epilyasiya zamanı ağrı hiss etmək istəmirsinizsə...

Tüklərdən xilas olmağın bir neçə üsulu var. Ən ucuz və tez başa gələn variantı mum epilyasiyasıdır.

Mum epilyasiyası ən sadə, ən effektli və ən qədim üsullardan biridir. Kosmetologiyada yeni texnologiyalar əldə edilsə də, mum epilyasiyası hələ də aktual olaraq qalır. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə (birdən) qoparılır.
 
Bu yazıda tüklərin mum epilyasiyası ilə aradan qaldırması zamanı ağrı yaratmaması üçün bir neçə məsləhət təqdim edirik.
 
Menstruasiya dövründən sonra edin. Əgər qalan həftələrdə edilərsə, ağrı daha şiddətli hiss edilir.
 
Yapışqan kağızı dəridən bir anda qoparanda ağrı barədə düşünməyin, başqa xəyallar qurun. Onda ağrı o qədər də güclü hiss edilmir.
 
Mum epilyasiyasından əgər ilk dəfə istifadə edirsinizsə, bədənin bütün nahiyələrinə tətbiq etməyin. Bir qolunuzu bir gün təmizləyin, o biri qolu isə sabaha saxlayın.
 
Ölü dərilərdən xilas olun. Mum üsulunu tətbiq etməzdən bir gün əvvəl duş qəbul edin. Dərinin ən üst təbəqəsində toplanmış ölü dərilərdən xilas olmaq üçün yaxşıca kisələnin.
 
Ağrıkəsici istifadə edin. Mum epilyasiyasını tətbiq etməzdən əvvəl ağrıkəsici istifadə etsəniz, ağrının şiddəti azalacaq.
 
Nəfəs alıb verin. Qadınlar bu prosedur zamanı qorxudan nəfəsi tutub saxlayır. Ancaq yadda saxlayın ki, nəfəs alıb vermək ağrını yüngülləşdirir. Yapışqan kağızı çəkməzdən əvvəl dərindən nəfəs alın, çəkərkən isə verin.
 
Həssas bölgələrdə daha ehtiyatlı olun.

Publika.az