Baharın romantik dəb tendensiyaları ilə tanış olun – FOTOLAR

 



Bahar artıq yaxınlaşır. Bu da o deməkdir ki, qışı yola salıb yaza hazırlaşmaq vaxtıdır.

Sizə yazın romantik trendlərini təqdim edirik.  

Trapez şalvar
Yazın əsas dəb tendensiyasını hündür, qalın dabanlı ayaqqabı və beli qısa pencəklə birləşdirməyi təklif edirik.

Bantlı köynək
Yaxası bantlı köynəklər minimalizmi tələb edir, amma çox zərif görünür.

Fedora şlyapa
Bahar ilin ən romantik mövsümüdür. XX əsrin birinci yarısında olduqca populyar olan fedora şlyapaları bu romantikanı daha da artıracaq və obrazı zərif göstərəcək. Odur ki, dəyişməyə hazır olun. Şəhərin küçələrini romantikaya bürümək sizin əlinizdədir.

Önü düyməli ətəklər
Önü düyməli ətəklər yenidən populyarlığın zirvəsindədir. Onu nə ilə desən, geymək olar, öz təxəyyülünüzü işə salın.

Jilet-donlar
Bu bahar məktəb günlərimizi xatırlayaq. Nə qədər qısa olsa, bir o qədər yaxşıdır.

Hündürbel cinslər
Hündürbel cinslər qarderobun ən  universal predmetidir. Sadə birrəngli futbolka ilə cinsin vəhdəti ən əlverişli dəstdir.

Alçaqdaban
Bu mövsüm dizaynerlərin əksəriyyəti hüdürdabandan imtina ediblər. Əvəzində retro üslubunun əsas elementi olan alçaqdabanlı ayaqqabılar təklif edirlər. Bu ayaqqabılar həm rahatlığına, həm də istənilən üslubla uzlaşdığına görə əlverişlidir.

Viktoriansayağı yaxalar
Məlahətli və aristokrat obraz yaratmaq istəyirsinizsə, yaxası büzməli viktoriansayağı köynəklər alın. Bonus olaraq obraza iri mirvari sırğa və ya saç broşu əlavə etmək olar.

Alt paltarı tərzi
Müəmmalı və məlahətli görünmək istəyən xanımlar alt paltarı tərzində tikilmiş fasonlara müraciət edə bilər. Bu cür paltarlar incə ayaqqabılarla gözəl görünür.
 
Publika.Az     

 


.