Yaz 2016. Romantika dəbdə olacaq!

2016-cı ilin yazında romantik geyimlər dəbdə olacaq.

Elle jurnalı xəbər verir ki, dünyanın ən tanınmış modelyerləri öz yeni kolleksiyalarına uzun enli ətəklər və paltarlar daxil ediblər. Yüngül materiallardan tikilmiş, büzmələr, kiçik düymələr və krujevalarla bəzədilmiş bu geyimlər romantik qadın obrazı yaradır.

Geyimlərin rənglərində açıq çəhrayı və mavi rənglər üstünlük təşkil edir. Üzərində əlvan güllər olan yüngül zərif parçalar dəbdədir.

Evdarliq.Az



 

 

.