Saçlarınıza ahəng qatan aksessuar dəbi - FOTOLAR

Adətən, qış aylarında şlyapa və beret istifadə edirik. Lakin saç bəzəkləri hər mövsüm üçündür.

1. Kristal taclar

Kristal boyunbağılardan sonra növbə taclara gəlib. Buz şahzadəsinin obrazını xatırladan bu taclar toya hazırlaşan gəlinlər üçün gözəl seçimdir.

2. Müasir saç sancaqları

Rəngli və iddialı saç sancaqları yenidən aktualdır.

3. Türban

Türbanlar papaqları əvəz etdiyi üçün bu mövsümə xüsusilə uyğundur.

4. Saç üzükləri

2016-ci ilin ən qeyri-adi aksessuarı saç üzükləridir.

5. Saç klipsləri

90-cı illərdə dəbə minən çiçək klipslərin iddialı modellərini ziyafət axşamları üçün istifadə etmək daha məqsədəuyğundur.

6. Qələm şəkilli saç aksessuarları

Bu cür aksessuarlar saçda çox zərif görünür.

7. Toppuz aksessuarı

Toppuzun üstündən taxılan aksesssuarlar sizi şahzadə xanımlara bənzədəcək.

8. Hippi tərzinə xas olan saç aksessuarları

Ötən il aktual olan hippi tərzi bu il yay aylarında yenidən hakimiyyətini davam etdirəcək. Yun və ya pambıqdan düzəldilmiş, eləcə də, lələkli saç bəzəklərinin vasitəsilə təbii və gözəl görünəcəksiniz.

9. Dəri saç aksessuarları

Dərilər indi də saç aksessuarlarını zəbt etməyə başlayıb.

10. Daş-qaşlı lentlər

Daş-qaşlı lentləri həm gündəlik, həm də axşam obrazının tamamlanmasında istifadə etmək olar.

11. Bantlar

Bantların 2016-ci ilin əsas trendi olduğunu yazmışdıq. Bant detalı bu il saç aksessuarlarında da nəzərə çarpacaq.

12. Saç broşları

Qış aylarında bilərzik və boyunbağı kimi aksessuarlar geyimin altından görünmədiyi üçün onlardan çox az istifadə edirik. Bunun əvəzində saçlarınızı broşlar vasitəsilə bəzəyin.

Publika.Az

{gallery}DEB/sacakses{/gallery}