2016-cı ilin gözəllik trendi: atquyruğu saçlar - FOTOLAR

Dəb mütəxəssisləri bildirirlər ki, atquyruğu universal saç düzümüdür.

Çünki bu cür saçla istənilən məkana yollana bilərsiniz. Üstəlik, rahat yığıldığı üçün ən optimal variantdır. Onu da unutmayın ki, atquyruğu ən rahat və universal saç modeli olduğu üçün heç vaxt dəbdən düşmür. Düzdür, atquyruğu modelinin yüzlərlə versiyası var. Lakin siz öz fantaziya və zövqünüzə olan modeli sınaqdan keçirməyə qorxmayın.

Bəziləri dağınıq atquyruğu modelinə üstünlük verdiyi halda, digərləri tarım və sıx toplanmış atquyruğu modelini seçir. Ən dəbli variant isə dalğalı saçlardır. Saç uclarına fenlə yüngül dalğalar verməklə dəbli görünüş qazanmaq öz əlinizdədir.

Saçların lentlərlə oyunu da çox estetik alınır. Ən qeyri-adi formatı isə lap yuxarıda yığılmış yüksək atquyruğu modelləridir. Belə variantı Rihanna, Beyons və Cennifer Lopez çox sevir.

Bleyk Layvli, Keyt Middlton, Kara Delevin, Nikol Kidman, Riz Uizerspun isə üstünlüyü romantik modellərə verir.

Publika.az