Dəb

Yayın əsas trendinə çevrilən çantalar - FOTOLAR

Yayın əsas trendlərindən biri də tutacağı (qulpu) halqa şəklində olan çantalardır.

Onlar metal, taxta və dəri, böyük və ya kiçik ola bilər. Əsas odur ki, bu çantadan istifadə olduqca rahatdır.

Britaniya brendi “J.W. Anderson” halqa detalları olan çantaları buraxması ilə bu modellər dərhal hitə çevrilir. “Chloe Nile” modeli də öz növbəsində halqalı çanta trendinin daha geniş yayılmasına xidmət göstərir. Artıq bir neçə aydır ki, halqalı və üzük qulplu çantaları ucuz brendlərin kolleksiyalarında da görmək olar. Məsələn, “Max Mara”, “Weekend”, “The Row”, “Marella”, “Mango”, “Zara”, “Asos” və s.
Balaca modelləri ulduzların qırmızı xalça obrazlarının tamamlayıcısı kimi qarşımıza çıxır, onlar eyni zamanda instaqram modapərəstlərinin sevimli modeli zirvəsinə yüksəlib. Bu aksessuar istər romantik yay donları, istərsə də yüngül cinslər və şalvarlarla əla qalır.

Publika.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика