Dəb

Dəbdə yorğan effekti - FOTOLAR

Yumşaq yorğanları xatırladan sırıqlı kurtkalar soyuqdan qorunmaq üçün ən layiqli alternativdir.

Dizaynerlər bu mövsüm sırıqlı kurtkalara daha çox diqqət yetirib. Əgər canınızı isti saxlayan nə isə axtarırsınzısa, onda sırıqlı kurtkalardan qorxmaq lazım deyil. Əksinə, bu geyim mövsümün trendləri arasında ən iddialı namizəddir. Yeri gəlmişkən, sırıqlı kurtkaların zəngin tarixi çox-çox uzaq keçmişə gedib çıxır.

Belə kurtkaları I Pyotr dövründən əvvəl Rusiyanın Patriarxı geyinirdi. O dövrdə “bədəni qızdır” adlandırılan bu geyimin sırıqlarının səliqəli olmasına xüsusi fikir verilir, üzərini gözəl naxışlarla bəzəyirdirlər. Buradan belə nəticəyə gəlmək olar ki, müasir sırıqlı gödəkcələr onların prototipidir.
Sırıqlı kurtkaların dəbə minməsi 90-ci illərin sonlarına təsadüf edir. Müasir modapərəstlərin qarderobunun əvəzedilməz kurktaları Martin Marjelanın sayəsində dəbə daxil olub. Belə ki, o, 1999-ci ildə kolleksiyasında qar kimi ağappaq sırıqlı kurtkalar təqdim etmişdi. Sonralar digər dizaynerlər Maritinin fikrindən bəhrələnərək öz kolleksiyalarında da bu geyimə böyük verir.

“Acne Studios” moda evinin dəfiləsində yorğan kimi bürünə biləcəyiniz yaxalıqsız sırıqlı kurtkalar nümayiş olunub. Bu günlərdə isə “Uniqlo U” xəttinin debüt kolleksiyasında da orijinal modellərə rast gəlmək mümkündür. Sırıqlı kurtkalar həm uzun, həm də qısa versiyalarda təqdim olunub. Xüsusi qeyd etmək lazımdır ki, cari mövsümdə uzun və daha həcmli modelləri aktualdır. Hündürboy qızlara dizdən aşağı, qısa boylu və miniatür xanımlara isə qısa, amma həcmli modellərə yaraşacaq.

Mötəbərliyi gücləndirmək üçün kişisayağı geyinməyi sevən qadınlara kişi mağazalarına da nəzər salmağı məsləhət görürük, həmçinin kurtkanın bir-iki ölçü böyük olmasının da ciddi qüsuru yoxdur. Bu stili vodolazka və ya əla sviterlər tamamlayacaq.
Ulduzların arasında sırıqlı kurtkaların əsas pərəstişkarı şübhəsiz ki, Rihannadır. Odur ki, bu mövsüm məhz onun tərzindən nümunə götürün.

Publika.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Limonlu KEKS. Asan resept

Limonlu KEKS. Asan resept

Şirniyyat Hits:3101

Tərkib: - 1,5 stəkan un - yarım ç.q...

Hansı bürc nəyə nifrət edir?

Hansı bürc nəyə nifrət edir?

Maraqlı... Hits:13088

Hər birimiz müxtəlif xarakterli olsaq da...

İspanağın faydaları

İspanağın faydaları

Ərzaqlar Hits:3489

Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan...

Sezar salatı

Sezar salatı

Salatlar Hits:7883

Sezar salatı ilk dəfə ХХ əsrin...

Dəridəki çatların ev şəraitində yox edilməsi üsulları

Dəridəki çatların ev şəraitində yox…

Kosmetologiya Hits:17634

Əlinizdə olan məhsullarla asanlıqla hazırlaya biləcəyiniz...

Zərif alma piroqu

Zərif alma piroqu

Şirniyyat Hits:4733

Alma piroqlarının reseptləri olduqca çoxdur.

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az