Bu yayın manikür dəbi – FOTOLAR

Yay aylarında hər zaman olduğu kimi açıq rənglər üstünlük təşkil edəcək.

Manikür dəbində də eyni vəziyyətdir. Bu yayın trendlərinə şəffaf və parıltılı dırnaq boyaları daxildir. Yay mövsümünə yaraşan rənglər arasında əsasən süd, karamel, incə çəhrayı və başqa rənglərin açıq tonlarını misal çəkmək olar.

Qısa dırnaqlar

Dırnaqlarnızı uzada bilmirsinizsə, narahat olmayın. Çünki bu mövsüm bir çox dünya ulduzları qısa dırnaqlara üstünlük verir. Qısa dırnaqlara bej və çəhrayının açıq tonları çox yaraşır.

Zərif dırnaqlar

Nə çox uzun, nə də çox qısa dırnaqlar bu mövsüm dəbədir. Oval formada uzadılan dırnaqlarda açıq tonlar mükəmməl görünür. Dırnaqları bu ağ dırnaq boyaları ilə bəzəyə bilərsiniz.

İti uclu dırnaqlar

İti uclu dırnaqları açıq tonlarda olan dırnaq boyaları ilə bəzəyərək, onların kəskinliyi bir qədər yumşalda bilərsiniz. Çünki iti uclu iddialı dırnaqlarda tünd rənglər gözəl görünmür.

Publika.az