Dəb

Yayın SABO dəbi – FOTOLAR

Sabo arxasında bağı olmayan, önü açıq ayaqqabılara deyilir. Bu ayaqqabı modeli 90-cı illərdə dəbə minib.

Lakin onların tarixi kifayət qədər qədimdir. Saboları ilk dəfə qədim dövrlərdə cəmiyyətdə yüksək mövqe tutan kişilər geyinib. ХVII-XVIII əsrlərdə sabo artıq qadınlar da geyinməyə başladı. Sonralar bu ayaqqabılar yüngül əxlaqlı qadınlar arasında populyarlaşdı. Buraya müğənnilər, aktrisalar və incəsənət adamları da daxil idi. XX əsrdə Merlin Manro muylilərə ikinci həyat verdi və onlar yenidən dəb gündəmini zəbt etdilər. Bəs bu gün necə muylilər dəbdədir?

Dizaynerlər saboları müxtəlif tərzdə təqdim edib: dikdabanlı, altı düz, ya da ki, kvadrat qalın dabanlı formada.

1.Başmaq şəklində, altı düz sabolar bir neçə mövsümdür ki, məşhur moda evlərinin yaz-yay kolleksiyalarında yer alır. Bu mövsüm maskulin tərzdə itiburunlu başmaqlar xüsusi ilə aktualdır. Qeyri-ciddi səslənməsinə baxmayaraq, başmaqlar kostyum, şalvar-pencək dəstləri ilə əla uzlaşır. Cins şalvarlar da başmaqlarla eyni dərəcədə effektli görünür. Belə başmaqlar səfər üçün çox rahatdır. Belə ayaqqabılarda səhərdən axşama kimi bütün şəhəri yorulmadan gəzmək olar. Bir sözlə, itiburunlu başmaqlar kişisayağı geyinməyi xoşlayan xanımların qarderobunda xüsusi yer tutacaq.

2.Stilettoya bənzər zərif itiburunlu, dikdaban sabolar ziyafət libasları, yaxud yay sarafanları ilə əla uzlaşır. Belə ayaqqabılar cins şalvarla da yaxşı yola gedir.

3. Bu yayın dəbli ayaqqabıları kvadrat qalın dabanlı, burnu açıq sabolardır. Bu model universal və rahat olması ilə seçilir. Qalın daban sayəsində onun üstündə bütün gün yorulmadan dayanmaq olar. Burnu açıq saboların sevilməsinin əsas səbəbi istənilən geyimlə uyğun gəlməsidir.

4. Dizaynerlər istənilən zövqü nəzərə alaraq burnu açıq saboların həm nazik dabanlı, həm də alçaq dabanlı variantlarını təqdim ediblər. Nazik dabanlı sabolar gecə dəvətləri və toy mərasimləri üçün daha əlverişlidir. Onlar işgüzar üslubda da xoş təsiri bağışlayır, görüş üçün də yaxşı variantdır. Lakin uzun müddətli gəzinti üçün komfortlu deyil. Alçaq dabanlı modellər isə idman tərzində geyinməyi sevənlərin ürəyincə olacaq.

Publika.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика