Bəşəriyyətin yarısı yayda hansı rəngə daha çox üstünlük verir? – FOTOLAR

Yazın gəlişi ilə zərif cinsin nümayəndələrinin demək olar ki, yarısının açıq, yüngül, daha orijinal fasonlara və paltarlara üstünlük verməsini müşahidə etmək olar.

Yaz və yay geyimləri bir qayda olaraq açıq rənglərdə təklif edilir, həmçinin özündə yüngüllük və rahatlığı ahəngdar şəkildə birləşdirir. Öz orijinal dekorativ elementləri ilə seçilın qadın yay paltarları və sarafanları yüngül, uçuşan parçalardan hazırlanır.

Sözsüz ki,  yeni mövsümün lideri cəsarətli, romantik, klassik,  ultra dəbli fasonlarda təqdim olunmuş ağ donlardır. Bir çoxlarına məlum olduğu kimi ağ donları üsluba tam uyğun olaraq parlaq və zərif aksesuarlarla birləşdirmək lazımdır. Xüsusi ilə tamamilə müxtəlif geyim növlərinin və üslubların təzadlı vəhdətinə diqqət yetirmək lazımdır. Məsələn, qaba gödəkcə uçuşan ağ sarafanı əla tamamlayacaq.
 
Dizaynerlər bu mövsüm hər qadının zövqünü oxşayan, ona fərdiliyini vurğulamağa imkan verən, həmçinin son tendensiyalara uyğun gələn  müxtəlif modellər təklif edib. Ən populyar ağ qadın yay paltarlarına aşağıdakıları aid etmək olar.

- Köynək-paltar

- Midi və dar

- Klyoş fasonlar

- Bohem tərzi

Ağ rəngli klassik köynək-paltarlar daha sərbəst hərəkət eyməyə imkan verir və sadə şəkildə yerinə yetirilib. Bu model həm qısa, həm uzun, həm də orta uzunluqda ola bilər. İpək kimi yüngül materiallardan tikilmiş, yerə qədər uzanan köynək-paltarı düzgün seçilmiş ayaqqabı və aksessuarlar birləşdirib axşam variantına aid etmək olar. Bu mövsüm safari stilinə müvafiq dizayn edilmiş köynək donları etnik aksessuarlar, dəri qayışla uyğunlaşdrmaq dəbdədir.

Çox enli qadın yay paltarları dəb aləmində lalə adlandırılır. Belə fasonlar ideal bədən quruluşu olan gənc qızlar üçün ideal seçim olacaq. Yuxarı hissə həm yığcam, həm dekolteli, həm də tam qapalı ola bilər. Aktual aksesuarlardan istifadə etməklə, məsələn, orijinal və qeyri-standart dekorativ detallarla obraza bəzək vura bilərsiniz.

Bu mövsüm silueti incə göstərən  dar və  midi paltarlar da populyardır. Belə variant ideal bədən quruluşuna malik olan qızlara çox yaraşacaq. Model sahibinin incəliyini, romantikliyini və məsum cazibəsini vurğulayacaq. Belə fasonları daha sadə aksessuarlarla uzlaşdırmaq  olar, ayaqqabıya gəldikdə dikdaban və ya tanketka ən uğurlu seçim olacaq. Ayaqqabı rənginin bej çalarlarda seçilməsi qadına xüsusi eleqantlıq bəxş edəcək.

Krujevalı, uzun ağ libasları vintaj sırğa və boyunbağılar, qəhvəyi tonlarda aksessuarlar istifadə etməklə bohem üslubuna qovuşa bilərsiniz. Yay aylarına uyğun gələn əl və ayaq biləklərinə taxılan aksessuarlar bohem üslubunun bohem və şıq görünməyin əsas yollarından biridir. Müxtəlif rəngli örpək və saç aksessuarları da bu stildə yolveriləndir.

Publika.az



 

 

.