Baharı rəngli çantalarla qarşılayın – FOTOLAR

Havaların soyuq keçməsi mövsüm dəbi ilə ayaqlaşmağa imkan verməsə də bəzi trendləri indidən tətbiq etmək olar.

Məlum məslədir ki, belə soyuq havada nazik paltarda küçəyə çıxsaq, axırı yaxşı qurtarmayacaq. Amma aksessuar məsələsində çılğınlığa yol vermək olar.

Bu mövsüm al-əlvan rəngləri ilə göz oxşayan çantalar dəbdədir. Bütün aparıcı markalar yaz-yay ayları üçün bir-birindən maraqlı, rəngli çanta variantlarını təklif edirlər. Xüsusi ilə üstündə heyvan fiqurları, həndəsi naxışlar, insan sürətləri və.s qeyri-adi şəkillər çəkilmiş, eləcə də qotazlı və saçaqlı çantalar trenddir. Bel çantaları da 2016-cı ilin yay mövsümündə ən çox istifadə edilən modellərdən biri olacaq. Odur ki, gündəlik obrazları cəlbedici çanta ilə uyğunlaşdırırıq.

Mövsümün çanta dəbi o qədər dəlisovdur ki, hətta ən təvazökar modapərəstlər belə biganə qala bilməyəcək. Biz sadəlik tərəfdarlarına birrəngli kostyumları, cinsləri və digər istənilən neytral gündəlik dəstləri parlaq detallarla uzlaşdırmağı təklif edirik. Eksperimentlərdən çəkinməyən qızlar isə geyimlərinin aksessuarın rəngi ilə səsləşməsindən yəqin ki, böyük zövq alacaq.

Publika.az