Münasibətlər

Qaynana yoxsa gəlin?

Qaynana yoxsa gəlin? Kim haqlıdır? Əslində hər iki tərəf. Hərənin öz həqiqəti var.

Düşünürsünüz qaynana-gəlin konflikti yalnız Azərbaycandadır? Əsla!

Bütün dünyada iki qadının müxtəlif cür sevdikləri eyni kişi üzərində olan münaqişəsi var. Hətta qohumluq əlaqələrinin və temperamentlərin soyuq olduğu Qərb mədəniyyətində “terrorist qaynana” və “dikbaş gəlin” anlayışları var.

Qaynanalara praktiki məsləhətlər:

- Həyatınızı asanlaşdırın. Sizə aidiyyatı olmayan məsələ və problemlərlə özünüzü yükləməyin. Olmayan yerdən nə özünüzə nə də başqalarına stress şəraiti yaratmayın.

- Etibarlı olun. Gənclərin öz problemlərini özlərinə həvalə edin. Sizin müdaxiləniz olmadan istənilən halda istənilən problem həllini tapacaqdır. Yox əgər həll özü və həllin yolları sizi qane etmirsə birinci punktu oxuyun.

- Hərə öz rolunu oynasın. Siz nənə olun, gəlin də ana. Gəlinin analıq vəzifələrini və qayğılarını öz boynunuza götürməyə ehtiyac yoxdur. Gəlin də ana instinktinə malikdir və körpəsini nə acından, nə soyuqdan öldürmək, nə də uşağını təhsilsiz böyütmək niyyətindədir. Nənə olmaq həyatınızda növbəti mərhələdir və özlüyündə necə də gözəldir!

- Hörmətli olun. Hörmət görmək üçün hörmət yerinizi qoruyun. Sizə hörmətsizlik ediləcək şərait yaratmayın. Bu xüsusən manipulyant qadınlara aid etmək olar. “Əgər belə olmasa (etməsəniz), mən də … edəcəm (küsəcəm, …)” yanaşmasını kənara qoyub özünüzü ağbirçək qismində aparın. Bunun yalnız və yalnız sizə müsbət təsiri olacaqdır, inanın.

- Reallıqla barışın. Əlbəttə bütün analar öz oğullarını evləndiyi qadından daha üstün olan birinə rəva bilirlər. “Real” gəlin ilə razılaşmaq asan iş deyil, axı “arzuların” gəlini hələ də beyninizdə sizə rahatlıq vermir. Yeganə çıxış yolu real gəlini qəbul edib, “arzuların” gəlinini elə arzularınızda da basdırıb məzarına qoymaqdır. Əlbəttə zövq və priotitetlər fərqlidir reallıq sizin deyil oğlunuzun seçimidir.

- Alçaltmayın. Oğlunuzun həyat yoldaşını və nəvələrininiz anasını istənilən cüzi formada alçaltmayın. Öz komplekslərinizin və uğursuzluqlarınızın acısını gəlini alçaltmaqla kompensasiya etməyin. Ən azından onun sizin keçmiş və cari problemlərinizdə heç bir günahı yoxdur.

- Fiziki məsafə saxlayın. Ayrı yaşamaq mümkündürsə ayrı yaşamaq üçün şərait yaradın. Yox əgər maddiyyat buna imkan vermirsə gənclərin şəxsi vaxt və şəxsi məkanına hörmətlə yanaşın.

Gəlinlərə praktiki məsləhət:

- Sevin. Yoldaşınızı sevdiyinizə görə onun anasını da sevməyə çalışın. Övlad yetişdirmək asan iş deyil. Ən azından ərinizi layiqli şəkildə böyüdüb sizə “təhvil verən” qadını sevin, yoldaşınızın sevdiyi qadını sevin.

- Hörmətli olun. İstənilən ən pis halda belə hörmətli olun. Qəzəb və stress anında edilən hörmətsizliyə görə sonrakı peşmanlıq faydasızdır.

- Missiyanızı anlamağa çalışın. Yoldaşınızla evlənməyin əsas səbəbi xoşbəxt olmaq və xoşbəxt etməkdir. Bütün neqativləri kənara atın yalnız pozitiv daşıyıcısı olun. Ailə qurmağınızın səbəbi qaynana tərbiyəsi ilə məşğul olmaq və ya onun fikirlərini dəyişmək deyil. Qaynananızı olduğu kimi qəbul edin və yoldaşınızın razılığını qazana biləcəyiniz yolla davranın. Öz mövqeyinizi heç kimə, heç bir vasitə ilə sübut etməyə çalışmayın. Qərarınızı əməllərinizdə tətbiq edin.

- Prioritetlər qoyun. Sizin bütün məsələlərdə əsas prioritetiniz yoldaşınız və onun verdiyi (və ya sizinlə ortaq olduğu) qərarlar olmalıdır. Düzgün qoyulan prioritetlər və adekvat təyin olunan rollar gələcəkdə yaranacaq əksər münaqişələrin qarşısını ala bilər.

- Tənqid etməyin. Yoldaşınıza onun qohum və yaxınlarını tənqid etməyin. Heç kimin gözünü heç nəyə açmağa ehtiyac yoxdur. Sadəcə olaraq daha tədbirli olub, konfliktli məqamlardan yayınmağın yollarını təyin edin. Heç bir insan məxluquna anası, valideynləri qohumları, övladları, milliyəti və irqi haqqında mənfi fikir eşitmək xoş deyil.

- Emosional məsafə saxlayın. Ənənəvi dillə desək ortada olan “pərdəni” qoruqçusu olun. Yoldaşınızdan nə öz, nə də onun anasına şikayət etməyin. Qaynana rəfiqə deyil, qaynana yaxın qohumdur.

- Anlayışlı olun. “Mən yoxsa anan” kimi cəfəngiyyatla manipulyasiya etməyin. Çünki, cavabında mütləq “Əlbəttə ki, ANAM” eşidəcəksiniz. Özünüzü iki od arasında hiss edən ərinizin yerinə qoyun. Necədir? Heç yaxşı deyil.

- Müsbət təəssürat yaradın. Buna ən bariz nümunə qaynananıza gözlənilməz, təqvimdən kənar hədiyyələr edin, hətta səmimi olmasa belə xoş sözlərlə dolu açıqçalar yazın və s. Ümumiyyətlə qaynananızla yalnız pozitiv yenilikləri, xəbərləri bölüşün, ona maraqlı olan mövzularda danışın. Biz sözlə, sizinlə xoş təəssüratın yaranmasına can atın. Xəstəlik, yorğunluq və digər məişət problemlərini bölüşmək üçün qaynana düzgün seçim deyil.

Hazırlayan: Zülfüqarova Səltənət

Vib.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Kartof göbələk və ətlə SOBADA. Şam yeməyi üçün əla variant!

Kartof göbələk və ətlə SOBADA…

İsti yeməklər Hits:1617

Tərkib: - 7-8 kartof - 500 qr göbələk

Yaz bərpaedici maskaları. Dərimizi gözəlləşdirək!

Yaz bərpaedici maskaları. Dərimizi gözəlləşdirək!

Kosmetologiya Hits:7905

Yazda hər bir qadın gözəl olmaq...

Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu

Soyuducuda saxlanılması qadağan olunan 12…

Ərzaqlar Hits:14188

Ərzaq və qida məhsullarını soyuduca saxlamaqla...

Sevgiliniz sizə xəyanət edir? - İPUCLARI

Sevgiliniz sizə xəyanət edir? -…

Münasibətlər Hits:747

Sevgilinizin davranışları son vaxtlar sizi şübhələndirir?

Cavanlaşdırıcı xurma maskaları

Cavanlaşdırıcı xurma maskaları

Kosmetologiya Hits:4245

Xurma üz dərisinə çox müsbət təsir...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:469

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:488

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:389

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:713

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:600

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:493

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:918

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1111

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az