Orta yaş krizi sindromunun 5 əlaməti

Heç kim bu sindromdan qaça bilmir. Xüsusən kişilərdə orta yaş - qocalmaqdan qorxu sindromu geniş yayılmış haldır.

Əgər bu sindrom haqqında vaxtında məlumatlı olsanız, onunla baş etmək asan olar.

Krizin simptomlarını təqdim edirik.

- Mütəmadi olaraq şəxsi bəsbəxtlik hissi - bu hal insanın gələcəyə ümidini azaldır, rejimi və yuxunu pozur.

- Davranışda dəyişiklik - insan əvvəlki davranışlarından fərqli, daha kaprizli, qıcıqlandırıcı olur. Heç vaxt demədiyi sözlər, reaksiyalar.

- Hər kəsdən narazılıq hissi - İnsan yaşa dolduqca özünə tez-tez belə sual verir: həyatım həqiqətən mən istədiyim kimidirmi? Həyatın mənası varmı?

Həyatda bundan sonra edəcəkləri mənasız, əhəmiyyətsiz gəlir.

- Münasibətlər korlanır - krizdə olan insan artıq mövcud olan sevgi, ailə, dostluq münasibətlərindən yayınır, qaçır. Bu dövrdə ailədə kişi tərəfindən xəyanətlər daha çoxalır.

- Tənhalığa çəkilmək - ad günləri, yığıncaqlar, səs-küylü yerlərdən, əyləncə, kurortdan qaçırlar.

Tez-tez tənhalığa çəkilirlər. Çox zaman bunu depressiya ilə səhv salırlar./medicina.az



 

 

.