Psixi sağlamlıq üçün üçün tez-tez qucaqlaşın - Həkim

Yaxın bədən təması xoşbəxtlik hormonlarını artırır.

Bu barədə ürək-damar həkimi Vladimir Xoroşev bildirib.

"Qucaqlaşmaq xoşbəxtlik, sevinc hormonunu artırır, təşvişi, həyəcanı azaldır. Son zamanlar insanlar çətin durumlar keçirir.

Məhz bu ərəfədə psixikanın sağlamlığını qorumaq üçün qucaqlaşmaq, fiziki təmas, sığallanmaq metoduna üz tutun.

Bu zaman oksitocin hormonu hasil olur, etibar, sevgi hissi yaranır, sosial ünsiyyət qurulur, eləcə də əhvalı qaldıran endorfinlər sintez olunur.


Qucaqlaşmaq insanlar arasında etibarı, güvəni artırır, insanın psixoloji durumu normallaşır.

Nevroz və təşviş pozuntusu olanlar üçün də qucaqlaşmaq dərmandır. Depressiya zamanı defisit olan serotonin və dofamin də qucaqlaşmaq zamanı artır.

Bu proses damarlara da yaxşı təsir edir, spazmı götürür, arterial qanın orqan və toxumalara çatmasını artırır, nəticədə bədəndə oksigen təminatı artır. Beyin yaxşı çalışır.

Qucaqlaşmaq bir qutu vitamin mineral preparatın təsiri qədər əhəmiyyətlidir.

Odur ki, stresli vəziyyətlərdə qucaqlaşmanı artırın. Fərqi yoxdur, kimi qucaqlayırsız: bu valideyn, övlad, sevgili, dost ola bilər"./bakupost.az



 

 

.