Qadınların diqqətinə! Kişilər bunları ömürlük sirr olaraq saxlayırlar

Kişilərin münasibətlərin başlanğıcında gizlətdiyi çox şeylər olur. Onlar heç vaxt özlərini tam izah etmək istəmir və sirli qalmağa çalışır, bununla da güclü görünməyi hədəfləyirlər.

Bu baxımdan kişilərin əslində çox bəyəndiyi, lakin hər kəsdən gizlətdiyi bir çox davranışlar mövcuddur.

Bəs kişilərin hamıdan gizlətdiyi sirlər nələrdir?

Evdarliq.az sfera.az-a istinadla bildirir ki, kişi-qadın münasibətləri hər zaman müzakirə oyekti olub.  Çox vaxt deyirlər ki, qadınları başa düşmək çətindir, ancaq kişiləri qadınlar qədər anlamaq daha qəlizdir.

Belə ki;


Kişilər diqqət sevir - Çox vaxt bunu sevmədiklərini deyirlər. Bununla belə, onlar da qadınlar kimi tərəfdaşının hər zaman onlarla maraqlanmasını istəyirlər.  Onu xoşbəxt etməyə çalışdığınız zaman sevinir. Diqqət sevmədiklərini iddia etsələr də, dərində ona olan qayğınızı bəyənir. Bunun sayəsində aranızdakı əlaqə daha da güclənir.

Kişilər kompliment eşitmək istəyir – Onlar da görünüşlərinə və ya davranışlarının mükəmməlliyinə görə təriflənməyi sevirlər. Məsələn, sizinlə görüşə gələndə nə qədər yaraşıqlı göründüyünü deyin. Gözlərinizi ondan çəkə bilməyəcəyinizi və ətrafdakı ən diqqətəlayiq insan olduğunu ona hiss etdirin. İltifat etməyə başlayanda qarşınızdakı adam sizə daha da yaxınlaşır. Buna baxmayaraq, kişilər tez-tez komplimentdən xoşlanmadıqlarını bildirirlər. Bu, yanlışdır. Münasibətiniz zamanı sevgilinizə kiçik təriflər deməyiniz onu yaxşı hiss etdirəcək.

Uğurlarından danışın - Kişilər həyat boyu həmişə uğur qazanmağa çalışır, xüsusilə iş həyatında həmişə zirvədə olmaq istəyirlər.  Adətən iş həyatındakı uğurlarını adi bir iş kimi qələmə verə bilirlər. Ancaq burada onun nailiyyətləri haqqında danışmağa başlayanda o, özünü daha inamlı hiss edir. Həmişə onun nə qədər ağıllı və istedadlı olduğunu, nailiyyətləri ilə fəxr etdiyinizi bildirin. Nə qədər gizlətsə də, bu, onu motivasiya edəcək və daha uğurlu olmağa can atacaq.

Qorxuları ilə üzləşə bilmirlər -  Kişilərin də hər kəs kimi həyatları boyu qorxduqları şeylər olur. Gələcək narahatlıqlar, uğursuzluqlar və ya tək qalmaq kimi bir çox şeydən narahat ola bilərlər. Ancaq kişilər çox vaxt qorxularını göstərməkdən çəkinirlər. Bu səbəblə hiss etdirmədən onu həvəsləndirəcək, təsəlli verəcək cümlələr qura bilərsiniz.



 

 

.