Bir çox ağrıların səbəbi psixosomatikdir, beyinə bağlıdır – Qeştalt terapevt

Bəzən insanı ağrılar narahat edir, gah bədən, boyun, gah oynaqları, başı, hətta əlləri ağrıyır, özünü xəstə hiss edir. Gücü sanki tükənib.

Bakupost.az xəbər verir ki, qeştalt terapevt Olesya Şipilova bu xəstələrdə analiz və müayinələrin ciddi tibbi patoloji səbəb tapmadığını bildirib.

Həkimlər ağrıların səbəbini tapa bilmədikdə biz artıq psixosomatikadan şübhələnməliyik. Bu ağrılara dərmanlar təsir edir. Çünki orqanik səbəb yoxdur.

Belə pasiyentləri psixoloqa yönəltmək lazımdır.

Bu tövsiyəni qulaqardına vurmaq və ağrılara dözmək lazım deyil.


“Bəzi hallarda xəstəni psixiatra yönəltmək lazımdır. Çünki bu beyinin səhv işinin nəticəsi ola bilər. Belə ağrıları ancaq antidepressantlar müalicə edir. Əgər bir insan travmasını, təşvişini, qorxusunu inkar edirsə, basdırırsa və içində gizlədirsə, bu yaxın zamanda mütləq bədəndə təzahür edəcək.

Bədəniniz sizə yalan demir. Ona diqqətlə qulaq asın. Bədəni də hisslər, qorxu, beyin idarə edir. Psixoemosional gərginlik, nevroz, təşviş pozuntusu bədəndə müxtəlif ağrı, gərginlik, spazm, hətta xəstəliyə bənzər əlamətlərlə özünü göstərə bilər.

Lazımsız dərmanları içməkdənsə, psixiatrik müalicə ilə düzgün yolu seçin”



 

 

.