Evinizdə sülh və xoşbəxtlik üçün bunlara DİQQƏT EDİN!

Evliliyiniz və evinizdə tez tez söz-söhbət, narahatlılıq olursa, bu, sizinlə partnyorunuz arasında sərhədlərin olmaması ilə əlaqədar ola bilər.

Evlilik və cütlük psixoloqları bunlara diqqət edərək evdə sülh və huzuru qoruya biləcəyinizi deyir.

Evinizdə baş verənlər yalnız sizə aiddir.

Əgər partnyorunuz və ya siz başqaları ilə evinizdə olanlar haqqında mübahisə edirsə, bu, evdəki sülhü riskə atır.

Evlilik problemləriniz yalnız sizin və tərəfdaşınızın daxilində müzakirə edilməlidir, lakin onlar həddindən artıq böyüdükdə, peşəkar kömək yeganə çıxış yoludur. Ancaq əgər həyat yoldaşınız israrla dostları, ailə üzvləri, xüsusən də valideynlər ilə evliliyi haqqında danışırsa, o zaman siz işə qarışmalı və buna mane olmalısınız.


İstəklərinizi qoruyun

Əgər partnyorunuzu razı salmaq üçün dəyərlərinizi boğarsanız, bu, bir müddət sonra evdəki sülh və xoşbəxtliyi azaldacaq.

Unutmayın ki, siz fərdisiniz və öz ideyalarınız, fikirləriniz və dəyərlərinizə sahib olmaq hüququnuz var. Evlilik bir-birini qəbul etmək və fikirlərinə hörmət etməkdən ibarətdir. Əgər siz öz dəyərlərinizi deyil, sadəcə olaraq onların dəyərlərinə qulaq asaraq və qəbul etməklə tərəfdaşınızı razı salmağa ehtiyac hiss edirsinizsə, o zaman məhdudiyyətləri aradan qaldırmalısınız.

Mübahisələrdə sərhədləri qoruyun

Mübahisə zamanı həyat yoldaşınızı zəif nöqtələrini dilə gətirməklə güvəniniitirə bilərsiniz. Unutmayın ki, bir mövzu üzərində mübahisə edərkən, keçmişdə yaşanan digər mövzuları, həyat yoldaşınızın etmiş olduğu digər səhvləri xatırlatmaq sizi və ailənizi hər zaman keçmizə və davaml mübahisələrə aparacaq.

“YOX” deməyi bacarmalısınız

Özünüzü günahkar hiss etmədən onlara “yox” deyə bilmirsinizsə, bu, doğru sərhədlərə ehtiyacınız olduğunu bildirir.

Partnyorunuza "yox" dediyiniz üçün çox vaxt günahkar hiss etdiyinizi anladığınız zaman tərəfdaşınızla sərhədlər qoymalısınız.

Əgər bir şey sizi maraqlandırmırsa, narahat, stresli və ya günahkar hiss etmədən qurtulmalısınız.

Evdarliq.Az

 



 

 

.