Evliliyin kabusa çevrilməsinin ən böyük səbəblərindən biri olan vaginizmlə bağlı önəmli olanları məqalənin davamında görə bilərsiniz.
Qadınlar üçün kabusa çevrilən o ilk gecənin narahatlığı, evliliyin sonrakı mərhələlərində cütlərin bir-birindən ayrılmasına, hətta münasibətlərinin sona çatmasına səbəb ola bilər. Vaginizm səbəbiylə cinsi əlaqənin təxirə salınması çox vacib bir məsələdir. Psixiatriyadan Mütəxəssisi Dr.Mustafa Güveli evliliyi kabusa çevirən vajinizm problemi haqqında məlumat verdi.
Vaginizm cinsi əlaqəyə icazə verməyən vaginanın əzələlərində daralmalara səbəb olan bir xəstəlikdir. Bu həm də şüuraltına yerləşdirilmiş ilk gecə qorxusunun məhsuludur. Gənc qızların öz aralarında danışdıqları ilk gecə qorxusundan yaranan bu xəstəlikdə cütlüklər cinsi əlaqəyə girə bilmirlər.
Bu, bir müddət sonra cütlər arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər. Ancaq elə xəstələrlə rastlaşırıq ki, evliliklərindən 5-6 il keçsə də, cinsi əlaqə olmaya bilər. Bir müddət sonra cütlüklər münasibət qurmaq cəhdindən vaz keçə bilərlər.
Bu narahatlıq həm ilk cinsi əlaqə zamanı, həm də uzun illər normal funksionallıqdan sonra baş verə bilər. Bəzən bir partnyorla problem digər tərəfdaşla olmaya bilər.
21-ci əsrə qədəm qoyduğumuz zamanda hələ də belə bir xəstəlik varmı? Bu, olduqca yaygın haldır lakin insanlar evdə oturub taleyinə təslim olurlar, bunun bir xəstəlik ola biləcəyini bilmirlər. Heç vaxt “cahillərin başına gəlir” deməyin - bu bir xəstəlikdir! Universitet məzunu olan gözəl cütlüklər də bu problemdən əziyyət çəkirlər. Öz-özünə keçməyən bu xəstəlik çox gec olmadan müalicə olunmalıdır, və bunu psixoloq və genikoloqla bərabər etmək tövsiyə edilir.
Evdarliq.Az