Əvvəllər daha çox zəng edib mesaj yazırdı indisə...-Münasibətdə niyə soyuqluq baş verir?

Hər qadın sevdiyi kişinin ona aşiq olmasını istəyir! Əslində kişilər bizə çox aydın mesajlar göndərirlər, amma bəzən biz onları görə bilmirik...

Bəli, etiraf edək ki, biz qadınlar mürəkkəb məxluqlarıq, amma kişilər o qədər də məsum deyil! Onlar heç vaxt istədiklərini birbaşa demirlər, həmişə qaçaraq döyüşürlər. Biz qadınlara gəlincə, hər şey aydındır, ya varıq, ya da yox. Bizdən fərqli olaraq kişilər bədən dili ilə bizə nə istədiklərini deməyə çalışırlar. Kiçik mesajlar və siqnallar göndərirlər. Təəssüf ki, bir çox qadın bu mesajları ala bilmir və ya almaq istəmir və onlar həmişə bildiklərinə inanır və ya inanmaq istəyirlər. Həqiqət budur ki, əgər bir oğlan səni axtarmırsa, zəng etmək istəmir! 2 dəfə 2-nin 4-ə bərabər olduğu qədər aydın və realdır!

Həmişə ürəyimizdəki kişini işi var, məşğuldur, əslində məni incitmək istəmir kimi cümlələrlə haqq qazandırmağa çalışırıq və bunu çəkinmədən edirik. Kişi zəng edən kimi, soruşan kimi düşünürük ki, o, həmişə bizi düşünür, amma zəng etməkdən çəkinir. Səni yanında istəsəydi, zəng edər, gələrdi.

İlk öncə özünüzə lazım olan dəyəri verin, əvvəlcə özünüzü sevin və özünüzü sevilməyə layiq bilin ki, qarşınızdakı insan sizi istəməyəndə qürurunuz inciməsin, məhv olmasın! Hər kəsin bildiyi çox qədim bir deyim var, “Mən almanı sevdiyim üçün alma da məni sevməlidir?” Cavab həmişə aydındır, yox... Öz hisslərinə cavabdehsən, digər insanın nə hiss etdiyi və ya etmədiyi haqqında az duşun! Hər zaman məsafə saxla və özünə aid bir həyatdan imtina etmə. Hobbilərin, sənə aid zamanın olmalıdır, hər günümüzü sevdiyimiz adama həsr edərsək,onun üçün dəyərsiz olarıq.

Evdarliq.Az