Kişilərlə belə davranın – Kişiləri sizə bağlayan DAVRANIŞ!

Kişilərdən həmişə incəlik gözləmək olmaz! Kişilərin isə qadınlardan gözlədiyi davranışlar bunlardı.

Biz qadınlar kişilərdən həmişə diqqət gözləyirik, sevildiyimizi hiss etmək istəyirik. Ancaq unutmaq olmaz ki, bəzən kişilər də bizdən diqqət gözləyir. Tamam, onlar bizim kimi emosional varlıqlar deyillər, lakin zaman-zaman onlara qayğı göstərildiyini hiss etmək istəyirlər. Kişilərin qadınlardan gözlədiyi davranışlar bunlardır! Onunla görüşə gedəndə onun günü necə keçdiyini soruşmağı unutmayın. Sevgiliniz televizora baxarkən və ya yatarkən barmaqlarınızı saçlarından keçirin və üzünə, çiyinlərinə, əllərinə və qollarına sevgi ilə toxunun.

Həyat yoldaşınız/sevgiliniz idmanla məşğul olurmu? Ona nə qədər yaxşı göründüyünü deyin. Həyat yoldaşınızın/sevgilinizin qəzetdə ən çox oxuduğu səhifəyə “Səni sevirəm” qeydini yazın. Kiçik sürprizlər ona bütün günü pozitiv enerji verecək və o enerjini sizdən aldığı ağlının bir küncündə hər zaman qalacaq, beləliklə yanınızda özünü önəmli və yaxşı hiss edəcək.

Sevgilinizi və ya ərinizi tərifləyin.

Qadınlar hər zaman iltifat alırlar, lakin kişilərə kifayət qədər komplimentlər vermirlər. Ona dünyanın mükəmməl ata, ən yaxşı həyat yoldaşı, ən romantik kişi olduğunu deməyi unutmayın. Həyat yoldaşınız/sevgiliniz işdən evə gələndə onu qucaqlayın və “Bu gün sənin üçün çox darıxdım” deyin. Evə gələrkən onu sevimli deserti ilə təəccübləndirin.


Evdarliq.Az



 

 

.