Ayrıldıqdan sonra nə etməli?-Psixoloq MƏSLƏHƏTLƏRİ

Münasibətiniz bitdikdən sonra tamamilə özünüzə diqqət yetirməyin vaxtı gəldi.

Ayrıldıqdan sonra nə etməli? Ayrılmağın ən asan yollarından birini seçin.

Münasibətlərin sonu bəzən kədərli olur. Münasibətinizi xilas etmək üçün əlinizdən gələni etdiniz, amma istədiyiniz kimi alınmadısa və münasibətləriniz sona çatdısa özünüzü bərpa etmək üçün diqqət etməli olduğunuz məqamlar psixoloq məsləhətlərində. Ayrılığın ilk günləri hər kəs üçün çətin olur. Yenidən zəng etmək arzusu və ya zəng etməsini gözləmək bir müddət sizi narahat edəcək. Sizin üçün sadaladığımız üsullarla ayrılıq sonrası prosesindən asanlıqla keçə bilərsiniz.

Mesajları silin

Ayrıldıqdan sonra ediləcək ilk iş bütün yazışmaları silməkdir. Sosial mediada və ya telefonda olan bütün mesajları dəfələrlə oxumaq və özünüzü əsəbiləşdirmək lazım deyil.

Güvəninizi itirməyin

Ayrıldığınız səbəbdən özünüzü günahlandırmayın. Nəticəyə diqqət yetirin. Bir daha heç kimi tapa bilməyəcəyim və ya heç kimin məni bu şəkildə sevməyəcəyim kimi ifadələr etməyin. Unutmayın ki, yenidən sevilməyə və sevməyə layiqsiniz.

Haqqında çox Danışmayın

Əlbəttə ki, çox çətin olan, xüsusilə də həyatınıza girən insanı yaddaşınızdan tamamilə silə bilməzsiniz. Ətrafınızdakı insanlar onun haqqında danışmaq istədikdə, nəzakətlə mövzunu dəyişin. Bir daha əsəbiləşməyinizə icazə verməyin.

Həyatınızı yeniliklərlə zəngin edin

Həyatınızda ağlabatan yeniliklər edin. Ayrıldığınız üçün uzun saçlarınızı qəfildən qısa kəsməyin və ya dərhal yeni bir insanla tanış olmağa başlamayın. Bilməlisiniz ki, çətin bir dövrdən keçərkən verilən qəfil qərarlar peşmanlıqla nəticələnir. Uzun müddətdir düşündüyünüz dəyişiklikləri özünüzdə edin. Yeni hobbilərə başlayın, musiqi dinləyin.

Evdarliq.Az



 

 

.