Hisslərdən daha çox: münasibətdə bəlkə də sevgidən daha vacib olan 7 amil

Möhkəm münasibətlər yalnız sevgi üzərində qurulmur.

Daha önəmli olan və size bir-birinizə daha möhkəm bağlayacaq amillər də var.

Qadınlar çox zaman bu fikirlərdə yanılır: “əsas bi-birimizi sevməyimizdir”, “birlikdə hər şeyin üstəsində gələrik”, “zamanla onu biraz dəyişə bilərəm”. Kişilər çox zaman fu fikirdə yanılır: “mənim sevgim bizə yetər”.

Daha önəmli olanları gözdən keçirək.

Ümumi dəyərlər

Bu çox vacib bir komponentdir. Əgər bu idmana olan sevgidirsə, o zaman qarşılıqlı olaraq dəstəklənməsi yaxşı olar. Bu sərvətdirsə, ikiniz də pul qazanmağa, çoxaltmağa və yığmağa çalışmalısınız. Bu bir romantik hisslərdisə ikinizdə baş-başa romantic şam yeməyindən zövq almalısınız.

Rahat və maraqlı ünsiyyət

Danışacaq çox mövzunuz olmalıdır. Hər ikiniz də dəstək və ya dəyərli məsləhət alacağınızı bilərək, sizi həyəcanlandıran şeyləri paylaşmağı sevməlisiniz. Maraqlarınız üst -üstə düşdükdə, təkcə bir -birinizə deyil, həm də ümumi məqsəd və vəzifələrinizə aşiq olma vəziyyətinizi dəstəkləyirsiniz.

Səmimi qayğı və “isti” münasibət

Hətta uzun müddət bir -birləri ilə yaşadıqları cütlüklər bir -birləri üçün əhəmiyyətli insanlar olaraq qala bilərlər. Ortağınız istehza ilə sizi ələ salmağa çalışmadıqda, hissləriniz və təcrübələriniz onun üçün önəmli olduqda, uğurlarınıza səmimi sevinəndə və dsətəkləyəndə özünüzü necə güclü və gözəl hiss etdiyinizi düşünün. Yəgin ki razılaşarsınız ki, sevdiyinizx insandan “sən necə də güclü və ağıllısan” eşitsəniz gücünüz və çalışqanlığınız daha da artır?

Emosional birlik və paylaşma

Bir birilərinə emosional yaxın olan, bütün hisslərini rahat paylaşa bilən cütlülklər həır zaman qarmoniyada yaşaya bilər. Bu gündəlik həyatdan başlayaraq intim həyata qədər bütün mövzulara aiddir.

Dostluq

Sevdiyiniz insanla dost olmalısınız. Bəzən hər birimizin bir dosta və dost ilə ürəkdən söhbət etməyə ehtiyacımız olur. Bu anlarda bizi yalnışlarımıza görə qınayan yox, nə üçün yalnışlar etdiyimizi və harada səhv etdiyimizi, və ya nədən müəyyən hissləri yaşadığımızı başa düşməyə, və yardım etməyə ehtiyacımız olur. Bu an onun yanında olsanız bunu çox dəyərləndirəcək.

Qarşılıqlı məsuliyyət

Təəssüf ki, cütlüklərin əsasən ayrılma səbəbləri bu olur, çünki cütlüklərdən yalnız biri böyük məsuliyyət daşıyır və bu münasibətləri bütövlükdə pozur, səmimiyyətsizlik və müxtəlif asılılıqlar yaradır.

İstəklərə reaksiya və özündə nələrisə dəyişməyə hazır olmaq

Bəzən qarşı tərəf xasiyətimizdə və ya görünüşümüzdə nələrisə dəyişməyimizi istəyə bilər. Buna aqressiv reaksiya verib küsməyə tələsməyin. Bəlkə də bud aha öncəki bəndə də qeyd etdiyimiz hiss retdiklərini paylaşma və sizin tərəfdən paylaşılanı qəbul etməyə aiddir. Sevdiyimiz insan bizdən nələrisə dəyişməyi istədiyini dedikdə - bunu münasibətləri daha da möhkəmləndirmək üçün olduğunu düşünün. Təbii ki bu sizin də tərəfinizdə ola bilər. İstəklərinizi və birlikdə dəyişmək istədiyinizi paylaşa bilməniz size bir-birinizə daha da bağlayacaq.

Evdarliq.Az



 

 

.